Elma Group MMC Azərbaycanda müxtəlif sahələrdə uğurla fəaliyyət göstərən çoxşaxəli şirkətdir. On ildən artıq təcrübəyə malik olaraq, biz tikinti, kənd təsərrüfatı və iaşə sektorlarında peşəkar həllər təqdim edirik.
🔹 Tikinti Sektorunda Liderlik
Şirkətimiz müxtəlif miqyaslı layihələrin icrasında ixtisaslaşmışdır: yaşayış və qeyri-yaşayış obyektlərinin tikintisi, bağ evləri və restoran layihələrinin həyata keçirilməsi, interyer və eksteryer təmiri, eləcə də müasir personal təminatı. Biz yalnız tikinti ilə kifayətlənmir, obyektləri tam işlək vəziyyətdə, istifadəyə hazır şəkildə təhvil verərək, hazır biznes modelləri təklif edirik. Bundan əlavə, özümüzə məxsus mənzillərin satışı və fərdi təmir xidmətlərini də həyata keçiririk.
🔹 Kənd Təsərrüfatında Keyfiyyət
2014–2015-ci ildən kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən Elma Group, Tovuz rayonunun məhsuldar torpaqlarında yüksək keyfiyyətli və ekoloji təmiz məhsullar yetişdirir. Müasir aqrotexniki üsullar, peşəkar yanaşma və təbiətin saf nemətləri ilə istehsal olunan məhsullarımız sağlam və dadlı seçimdir.