Elma Group tikinti sahəsində 10 ildən artıq təcrübəyə malik bir şirkət olaraq, müxtəlifmiqyaslı layihələrin həyata keçirilməsində ixtisaslaşmışdır. Fəaliyyət sahəmizə yaşayış və qeyri-yaşayış obyektlərinin sıfırdan tikintisi, bağ evləri və restoran layihələrinin icrası, interyer və eksteryer təmiri, eləcə də müasir personal təminatı daxildir. Biz yalnız tikinti ilə kifayətlənmir, həm də obyektləri tam şəkildə işlək və istifadəyə hazır vəziyyətə gətirərək, hazır biznes modelləri təqdim edirik. Bununla yanaşı, özümüzə məxsus mənzillərin satışı və fərdi müştərilər üçün mənzil təmir xidmətlərini də uğurla həyata keçiririk. Elma Group — tikintidə keyfiyyət, etibarlılıq və peşəkarlığın ünvanı.