2025-ci ilin 15 aprel tarixindən etibarən Nəsimi rayonu, İmran Qasımov küçəsi 22 ünvanında qapılarını qonaqlarının üzünə açan Elma Restoranı, qısa müddətdə Bakı sakinlərinin və şəhər qonaqlarının sevimli məkanına çevrilib. Burada həm milli, həm də xarici mətbəxin seçmə təamları təqdim olunur. Xüsusilə Tovuz mətbəxinin ləziz və özünəməxsus yeməklərinə xüsusi yer ayrılıb. Zövqlə tərtib edilmiş menyu və peşəkar aşpazların hazırladığı yeməklər hər damaq zövqünə xitab edir. Restoranda müxtəlif zövqlərə uyğun imkanlar mövcuddur: • Fərdi kabinetlər – ailəvi istirahət və xüsusi görüşlər üçün ideal seçim • Banketlərin təşkili – ad günü, nişan, yubiley və digər tədbirlər üçün mükəmməl şərait • Canlı musiqi – hər axşam saat 19:00-dan 23:00-a qədər canlı ifalarla unudulmaz axşamlar • 1 ədəd karaoke otağı – dostlarla əylənmək və sevdiyiniz mahnıları oxumaq üçün əla fürsət Rahat mühit, yüksək xidmət və zəngin mətbəxlə Elma Restoranı sizi və qonaqlarınızı xoşbəxt etməyə hazırdır. Dadın, əyləncənin və keyfiyyətin ünvanı – Elma Restoranı!